Vaqifim-文本歌词

Vaqifim-文本歌词

Brilliant Dadasova
发行日期:

Ürəyimdən keçən ən şirin nəğmə sənsən Həm şirin dilimsən, həm vuran ürəyimsən Bizim bu gözəl ailənin ilk oğul nəvəsi Gəlişinlə bizə sevinc gətirmisən Böyüyüb ucal sən, arzuların çoxalsın O gülən gözlərin qəm-qüssə tanımasın Bizim zəfər ilində dünyaya göz açdın sən Qələbə ömrünə uğur bağışlasın Vaqifim, günəşdir gülüşün sənin Vaqifim, şirindir səsin, nəfəsin Vaqifim, sevincimdir gülən gözlərin Gözəl oğlum, uğurlu olsun illərin Vaqifim, həyatdır varlığın sənin Vaqifim, ümiddir xoş qədəmlərin Vaqifim, çox olsun gözəl əməllərin Mənim oğlum, uğurlu olsun illərin Babanın adaşı, ailənin ümid yeri Bir gözəl nəslin davamçısı, diləyi Adın və soyadın qoy müjdələrlə səslənsin Səni xoşbəxt görməkdir bircə istəyim Sən bizim nağılımız, şəkərimiz, noğulumuz Sən bizə güc verən sabahımız, yolumuz Polad biləkli igid, mərd, güvənli olasan Bütün istəklərin çin olsun, oğlumuz Vaqifim, günəşdir gülüşün sənin Vaqifim, şirindir səsin, nəfəsin Vaqifim, sevincimdir gülən gözlərin Gözəl oğlum, uğurlu olsun illərin Vaqifim, həyatdır varlığın sənin Vaqifim, ümiddir xoş qədəmlərin Vaqifim, çox olsun gözəl əməllərin Mənim oğlum, uğurlu olsun illərin Vaqifim, günəşdir gülüşün sənin Vaqifim, şirindir səsin, nəfəsin Vaqifim, sevincimdir gülən gözlərin Gözəl oğlum, uğurlu olsun illərin Vaqifim, həyatdır varlığın sənin Vaqifim, ümiddir xoş qədəmlərin Vaqifim, çox olsun gözəl əməllərin Mənim oğlum, uğurlu olsun illərin