Krmi Zrb Muam-文本歌词

Krmi Zrb Muam-文本歌词

Gülyanaq Mmmdova
发行日期:

Deyirəm, ey, sənə qurban olum, a dərdli Kərəm Sənə qurban olum, a dərdli Kərəm Ürəyim dərd-qubar, gözlərim vərəm Dəryalar mürəkkəb, meşələr qələm Mirzələr yazdıqca dərdim var mənim Dərdim var mənim... Mən Kərəməm, mən Kərəməm Ah çəkərəm, ağlaram Dərdlilərin, ey, ürəyini dağlaram Kimə gedib, kimə umut bağlaram? Qərib qaldım, qərib qaldım Güldürən yox, gülən yox Gülən yox... Deyir belə: “Yazıq ömrüm qürbət eldə keçibdir Dərdimi bir bildirən yox, bilən yox Getdi fürsət, əldə ikən qaçıbdır Göz yaşımı sildirən yox, silən yox Silən yox...” Deyirəm, ay ağalar, uzaq yoldan gəlirəm Baş üstündə qadir Allah, bilirəm Gecdir, tezdir, bu dərdimdən ölürəm Qiyamətdə yansam, yenə dözərəm Dözərəm... Aylar, illər həsrətini çəkərdim Üzü dönmüş bivəfa yar, belə bax Gözəllərdə sərxoş gəzmək man olmaz Açılmış bir gümüş kəmər, belə bax Belə bax... Deyir, belə dərin-dərin dəryalara dalmışam Ay aman, ay aman, ay aman... Dərin-dərin dəryalara dalmışam Saralıban gül rəngimdən solmuşam Mən Əsliyəm, mən Əsliyəm Öz elimdə qalmışam Arzum idi, öz elimdə qalaydım Qalaydım... Mən Kərəməm, həsrət qaldım bu dünyada xoş günə Fələk bir ox atdı ömrüm köksünə... Adım bəlli, xan əslinin eşqinə Yolduruban durnalar tökün tellərin... Tellərin... Kərəm, sənin əqli-huşun olsaydı Öz yerində sultan idin, xan idin Uymasaydın özgələrin felinə Gəncə gözəllərindən birin alaydın Alaydın... Uca dağ başını qar aldı, getdi öznın məskənin sar aldı, getdi, ey... Hər kim ki yar sevdi, yar aldı, getdi Mənimki də qara gəldi Belə bax, belə bax, belə bax Axşam oldu, qarlı dağlar aşaram Sellər kimi çağlayaram, coşaram Gecə-gündüz qəmli nəğmə qoşaram Oyan, Kərəm, bu eşqimdən nişan al Oyan, Kərəm, bu eşqindən bişərəm Mən çəkərəm xan əslinin nazını Qış eylərəm baharımı, yazımı Qəm üstündə kökləmişəm sazımı Qəmli sazım çaldıran yox, çalan yox Çalan yox... Çalan yox... Belə mən çəkərəm xan əslinin nazını Qış eylərəm baharımı, yazımı Qəm üstündə kökləmişəm sazımı Qəm üstündə kökləmişəm sazımı Qəmli sazım, qəmli sazım çaldıran yox, çalan yox Çalan yox...