Nə orda sən varsan, nə orda mən varam.
Gəlməyəcəksən, bunu bilirəm, gözüm qalıb yollarda.
\"Olmazsan, olmazam\" demişdim illər öncə.
Bax, bu həmin vaxtdır, indi öyrəşdim olanlara.
Sonu yox bu yolların, açılmır sabahlarım.
O axşamlar elə bir dərddir, yoxluğuna gücüm çatmır.
Qapıların üzümə bağlı, səninlə xəyala daldım,
Şərimdə olmayan adamın xeyrimə üzü qalmır.
Nə bir sevgi qaldı məndə, aldı əlimdən əğyar.
Adın çəkər ağlım, amma adını qəlbim almaz.
Bitdi ömür, yarım canam, gəl, sən belə xatırla,
Bu olanları unutmayan sadəcə tək mən varam.
İstəyirdi qələm yazsın adını, yanımda təkcə.
Mən sonuncu səhifə oldum, sən kül olan vərəqlər.
Səncə də bu ah-u zarin ahı qalar mı yerdə?
Razı idim amma inan, mən hər şeyə səninlə.
Bitir ömür, vaxt daralır, gecələr uzun, yoxdur halım.
Bu məhv olan duyğularım qarışıb hamısı sətirlərimə.
Güzəranım o həsrətin intizarı, bu sol yanım,
Yaşandı hamısı, bil ki, sənə yazılan nəğmələrdə.
Mən bir mahnı bəstələyən, hər gecə səni dərd eləyən,
Sən özgəni yar eləyən, de, yaraşırmı əllərinə?
Nə yaşandısa, mən bilirəm, sən bilsən nə fərq edər?
Hansı səbəb, hansı nədənlər danışır bu sevgiyə?
Mən bunları kimə danışım? Bu mahnılar səni danışır.
Susmaq üçün səbəb varkən, gecələrimdir yalvarışım.
Qoy qalsın, nə var ki, keçər ömür, öyrəşərəm.
Olmasa, sevgimizin üstündən xətt çəkərəm.
Belə olmamalıydıq, səninlə bir olmalıydıq.
Geridə bir həyat qədər kədərli olmamalıydı.
Batmış gəmilərə sığınan adamın limanını yandırıb,
Sonra başqa dənizə yelkənləri açmamalıydın.